Bu şirkətlər işçilər axtarır – MAAŞ 500-600-800-1000-1500-2000-3500 MANAT – 11 VAKANSİYA

256

VAKANSİYA 1

Sahil Hotel Baku

Receptionist

Son tarix 12 apr 2024 – [email protected]

Tələblər:

  • Ali təhsil
  • Cinsi:  Kişi,Qadın
  • Azərbaycan , Rus  və İngilis dillərində yaxşı danışıq bacarığı
  • Komandada işləmək bacarığı.
  • İşində məsuliyyətli və ciddi olmalı;

Vəzifə öhdəlikləri:

  • Otel standartlarına uyğun olaraq qonaqların qarşılanması, onların otelə qəbul edilməsi, yerləşdirilməsi və oteldən yola salınması, həmçinin rezervasiyaların qəbul edilməsi.
  • Növbə üzrə təhvil-təslim işlərini icra etmək.
  • Növbə ərzində yarana biləcək problemlərin aradan qaldırılmasını təmin etmək.
  • Daxil olan zəngləri və sorğuları cavablandırmaq, ehtiyac duyulduğu halda digər şöbələr ilə əlaqələndirmək.
  • Qeydiyyat şöbəsi üzrə kargüzarlıq işlərini icra etmək.

İş vaxtı:

  • Həftədə 6 gün növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
  • Nahar yeməyi şirkət tərəfindən təmin edilir
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • Əmək haqqı – 500 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Qeydiyyatçı” mövzusu altında e-mail göndərə bilərlər.

Əlaqə nömrəsi 0557060921.

VAKANSİYA 2

AZMADE Group

Strategiya üzrə mütəxəssis

 Son tarix 12 apr 2024 [email protected]

Tələblər:

  • Ali təhsil (sahəyə uyğun)
  • Minimum 2 il peşəkar təcrübə
  • MS Office proqramları, xüsusilə PowerPoint və Excel proqramı üzrə biliklər;
  • Azərbaycan və ingilis dillərində səlis biliklər; Rus dili bilikləri üstünlükdür
  • Analitik, strategiya hazırlamaqda, asanlaşdırma və konsensus quruculuğuna dair güclü məsləhət bacarıqları;
  • Dinamik və sürətli bir iş mühitində rahatlıqla işləmək bacarığı;
  • Dinamik münasibət qurma və ortaqlıq bacarıqları; 
  • İstər yazılı, istərsə də şifahi, material hazırlamaq və icraçı auditoriyaya səmərəli təqdim etmək və inandırmaq bacarığı ilə seçilən ünsiyyət bacarıqları;

İş öhdəlikləri: 

  • Strateji layihələrin icrası çərçivəsində mövzuya uyğun olaraq geniş bazar araşdırması və təhlillərin aparılması;
  • Rəhbərinin tapşırıqlarına uyğun olaraq araşdırma nəticələrinin təqdimat və ya hesabat şəkilinə salınması və təqdim olunması;
  • Şirkətlərin əməliyyat və kapital xərclərin əsaslandırılmasının hazırlanmasında iştirak etmək və töhvə etmək;
  • Strategiya üzrə rəhbərə müştərək layihələrdə dəstək vermək;
  • Analitikaya əsaslanan hesabatların və təqdimatların hazırlanması;
  • Rəhbərliyə aylıq/rüblük iclaslarda təqdim olunan təqdimatların tərtibatında birbaşa iştirak etmək;
  • Qeyd olunan öhdəliklərlə yanaşı, rəhbərliyin tapşırığına əsasən digər müvafiq işlərin və tapşırıqların reallaşdırılması.

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • 09:00-18:00 iş saatları
  • Korporativ nömrə təmin edilir
  • İş yeri : Port Baku BC

Tələblərə uyğun namizədlər CV-lərini başlığa Vakansiya adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.

VAKANSİYA 3

Fountains Square Restaurants

Restoran menecer

 Son tarix 12 apr 2024 – [email protected]

Tələb olunan bilik və bacarıqlar:

  • Restoran sahəsində idarə etmədə minimum 5 il təcrübə
  • Layihə idarəetmə bacarığının olması
  • Müştəri xidmətləri üzrə nəzəri və praktiki bacarıqların olması
  • Heyətin idarə olunmasında təcrübəsinin olması
  • Xarici dilləri bilməsi – Rus mütləqdir, İngilis üstünlük hesab olunur
  • Qida sahəsində təhsilinin olması üstünlükdür

Namizədə tələblər:

  • Yaş həddi 25-35 yaş
  • Stress altından işləmə bacarığı

Vəzifələri:

  • Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək 
  • Şəbəkənin böyüməsi üçün araşdırmaların aparılması və layihələrin idarəolunması
  • İşçi heyətin formalaşdırılması
  • Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsini təmin etmək, onların işinə nəzarəti və iş bölgüsünü həyata keçirmək.
  • Həftəlik və aylıq hesabatların hazırlanması
  • Marketinq planın hazırlanmasında iştirak və onun icrası
  • Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək
  • Maaş cədvəllərin hazırlanması
  • Bar sayıma nəzarət
  • Qab qacaq sayımlarına nəzarət
  • Restoranda bütün sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək

Əmək haqqı: 2000 AZN + BONUS + service charge %

VAKANSİYA 4

Siyəzən Broyler

Alış Meneceri

 Son tarix 12 apr 2024 [email protected]

Tələblər:

  • Təhsil: Ali tibb təhsil arzuolunandır;
  • Təcrübə: Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
  • Kompüter biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
  • İşində dəqiq və məsuliyyətli olmaq;
  • Təhlil etmə bacarığı;
  • Kommunikasiya və komanda daxilində işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Xarici bazardan dərman preparatları, qida əlavələri, kosmetik vasitə və.s. alışının həyata keçirilməsi;
  • İşgüzar və korporativ görüşlərin keçirilməsi və müvafiq danışıqların aparılması;
  • Email vasitəsilə danışıqların aparılması və müqavilənin hazırlanması;
  • Yerli və xarici bazarın araşdırılması;
  • Qiymətlərin analizi,formalaşdırılması və bazaya daxil edilməsi;
  • Görülmüş işlər barədə müvafiq heabatların hazırlanması;
  • Məhsulların son istifadə tarixinə nəzarət edilməsi;
  • Alış prosesində yaranmış problemləri operativ həll etmək;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00
  • Ünvan: Nərimanov rayonu, Məmməd Araz küçəsi
  • Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Alış Meneceri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-500-54-12 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

VAKANSİYA 5

AzəriMed QSC

Gömrük rəsmiləşməsi üzrə mütəxəssis (Bəyannaməçi)

 Son tarix 12 apr 2024 – [email protected]

Tələblər:

  • Ali təhsil;
  • Bu sahədə iş təcrübəsi mütləqdir;
  • Gömrük Bəyannamələrinin növləri/rejimləri haqqında biliklərin olması;
  • Kompüter bilikləri: MS office proqramlarını (Word, Excel) bilməli;
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil biliyi arzuolunandır;
  • İşində məsuliyyətli, dəqiq, operativ, punktual və kollektivdə işləmə bacarığı;
  • Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür.

Vəzifə öhdəlikləri:

  • Təqdim edilmiş sənədlər əsasında Gömrük kodunun dəqiq şəkildə müəyyən edilməsi;
  • Gömrük Bəyənnamələrinin elektron qaydada düzgün və cəld şəkildə doldurulması və elektron imza ilə təsdiqlənməsi.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00
  • Əmək haqqı: 1000-1500 (Gross)  Namizədin bilik və bacarığına əsasən də təyin edilir.
  • Ünvan: Əhməd Rəcəbli küçəsi 1/11.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Gömrük rəsmiləşməsi üzrə mütəxəssis (Bəyannaməçi)”qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

VAKANSİYA 6

OBA marketlər şəbəkəsi

Mağazalar arası transfer üzrə mütəxəssis (Bakı və Salyan)

 Son tarix 12 apr 2024 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Mağazalar üzrə overstokların təyin edilməsi; 
  • Overstok çeşidlərin mağazalardan yığılıb ehtiyac olan filiallara təminatı; 
  • Açılış mağazaların planoqramında olub depoda stokout olan çeşidlərin mağazalardan toplanaraq açılış mağazalarına çatdırılması; 
  • Mağazalardan yığılan overstok 1 palet olduqda depoya iadə edilməsi; 

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali 
  • Kompüter bilikləri: MS Office (yaxşı səviyyədə); 
  • İş təcrübəsi: 1 il (Anbar və Mağaza təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir) 
  • Məsuliyyətli, işində dəqiq, çalışqan olmalı; 
  • Şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək;
  • Baki və Salyan ərazisində yaşayan namizədlərə üstünlük veriləcək

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00; 
  • Nahar fasiləsi: 13:00-14:00 
  • Şənbə və Bazar istirahət günü. 

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;
  • Yanacaq xərci;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mağazalar arası transfer üzrə mütəxəssis (Bakı və Salyan)  yazaraq göndərmələri xahiş olunur. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

VAKANSİYA 7

SMTS

Maşın və mexanizmlər üzrə baş mexanik

 Son tarix 12 apr 2024 [email protected]

Tələb olunan Təhsil və təcrübə:

  • Təhsil – Maşın-Mexanizmin İdarə olunması ixtisası üzrə Türkiyə, Avropa, ABŞ universitetlərində ali təhsil alanlara, Azərbaycanda Xəzər unversteti və Qafqaz unverstetini (2017-ci ilə qədər bitirənlər) bitirənlərə üstünlük verilir.
  • İş Stajı – Ən azı 3 il davamlı olaraq İSO standartlarına uyğun işini təşkil edən Şirkətində Baş Mexannik olaraq peşəkar iş təcrübəsinin olması;
  • Sertifikat – Akkreditasiyası olan beynəlxalq şirkətlərdən ixtisasına uyğun sertifikatları olanlara üstünlük veriləcəkdir.

Tələb olunan Kompüter bilikləri:

  • Microsoft Office – Word, Excel, PowerPoint, Outlook ve s.-də sərbəst işləməyi bacarmalıdır. Fikirlərini Azərbaycan ve İngilis dilində sərbəst ifadə edə bilməlidir. Dilin qrammatik qaydalarına əməl etməklə fikirlərini ifadə edə bilməli. İşində fikirlərini ve tələblərini şifahi ifadə etməklə yanaşı, paralel olaraq elektron ortamda aparmağa meyilli olmalı. Fikir ve tələblərini izah edəndə müxtəlif dioqramlar, slaydlar, cədvəllər, cizgilər və s ilə daha dolğun ifadə etməyi bacarmalıdır.
  • AutoCAD – ən azı 2D formatda orta səviyyədə işləmək bacarığı.

Tələb olunan dil bilikləri:

  • Azərbaycan dili – əla səviyyədə;
  • İngilis dili – əla səviyyədə;
  • Rus dili – yaxşı səviyyədə.

Tələb olunan Bacarıqlar:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir;
  • Texniki servis, təmir və texniki nəzarətin planlaşdırılmasına aid cədvəllərin hazırlanması, tətbiqi və normativlərə riayət etmək, yerinə yetirilmiş təmir işlərinin hesabatının hazırlanmasına rəhbərlik edir;
  • Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını; avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
  • İnşaat layihələrinə ehtiyac olan uyğun nəqliyyat vasitələri, texnika və avadanlıqlar üzrə araşdırma aparılması, onların tələblərə uyğun texniki şərtlərinin və sənədlərinin yoxlanılması, istismarına rəyin verilməsi;
  • Müəssisənin balansında olan nəqliyyat vasitələri, texnika və texnikaların dövlət qeydiyyatı, icbari sığorta şəhadətnaməsinin təmin olunması, texniki baxışdan keçirilməsi, yükdaşıma fəaliyyətini təmin edən nəqliyyat vasitələrinə fərqlənmə nişanlarının alınması işini nəzarətdə saxlamaq və zəruriliyi barədə abaqcadan məlumat vermək;
  • Subpodratçı şirkətlər tərəfindən inşaat layihələrinə cəlb edilmiş maşın, mexanizm və avadanlıqlar texniki cəhətdən sazlığına, təhlükəsizlik qaydalarına uyğunluğuna, müvafiq texniki sənədlərlə təmin edilməsinə nəzarət etmək.

Digər şərtlər:

  • Əmək haqqı: NETT olaraq 2000 – 3500 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
  • İş rejimi: 6 günlük iş həftəsi;
  • İş yeri: Bakı şəhəri;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə elektron ünvanına mövzu yerinə “Maşın və mexanizmlər üzrə baş mexanik” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

VAKANSİYA 8

AT – Geotech MMC

İT mütəxəssis

 Son tarix 12 apr 2024 – [email protected]

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Yaş: 25-40
  • Detallara fikir vermək
  • Komandada işləmə bacarığı,çeviklik və məsuliyyətlilik bacarığı

Öhdəliklər:

  • Şirkətdə internet vasitələrinə, komputer şəbəkəsinə, komputerlərə, avadanlıqlara və onların program təminatına texniki qulluq və nəzarət edilməsi;
  • Texniki avadanlıqların və program təminatların quraşdırılması, konfigurasiyası, diaqnostikası və sazlanmasının təmin edilməsi;
  • Kameraların daim işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
  • Serverlərdə yaranmış nasazlıqların aradan qaldırılması;
  • Gündəlik yaranan nasazalıqların aradan qaldırılması;

İş barədə məlumat:

  • AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
  • Əmək haqqı müsahibə zamanı müəyyənləşdiriləcək
  • İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00
  • Ünvan: Xırdalan şəhəri, Şixəli Qurbanov 17A

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu “İT mütəxəssis” qeyd edərək CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.

VAKANSİYA 9

Max Print

Anbardar

 Son tarix 12 apr 2024 – k.huseynova@maxprint

Vəzifə və məsuliyyətlər:

  • Anbarda olan materialların, inventarların və əsas vəsaitlərin miqdarının hesabat üzrə qalıqla faktiki qalığın dəqiqliyini daim nəzarətdə saxlamaq
  • Anbarda olan materialların, inventarların və əsas vəsaitlərin miqdarının hesabat üzrə qalıqla faktiki qalığın dəqiq olmasına cavabdehdir
  • Anbarda məhsulların səliqəli yığılması
  • Mal materialların qəbulunun dərhal, dəqiq və düzgün şəkildə təmin edilməsi və mal/məhsulların  üçün hazır vəziyyətinə gətirilməsi prosesini icra etmək
  • Anbarda olan malların kateqoriya üzrə yerləşdirilməsi
  • Sifarişlərə uyğun olaraq məhsulların düzgün toplanması və hazırlanmasını təmin etmək 

Namizədə tələblər:

  • Yaş həddi 25-45
  • Anbar sahəsində təcrübə 3 il təcrübə
  • Azərbaycan dili salis,Russ dilini bilmək arzu olunan
  • Aktiv, məsuliyyətli və diqqətli olmalı
  • Dinamik, səbrli və gülərüz
  • Stressə davamlılıq
  • Əsas kompüter proqramlarından ( MS Office, 1 C biliyi) istifadə bacarıqları
  • Çap məhsulları və mətbəə xidmətləri ilə bağlı anbar idarəetmə sistemləri ilə iş təcrübəsi olan namizədlərə üstünlük verilir

İş vaxtı 1-5 günlər 09:00-dan – 18:00-dək,6 gün saat 16:00-dək

Əmək haqqı 600-800 Azn

Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar” yazaraq e-mail ünvanına göndərməkləri xahiş olunur

VAKANSİYA 10

Company

Baş mühasib

 Son tarix 12 apr 2024 – [email protected]

İş yeri: Bakı kəndləri

İş qrafiki: Həftədə 5 gün 

Əmək haqqı: 3500 AZN

İş barədə məlumat:

  • Vergi və statistik hesabatların hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq qurumlara təqdim olunması;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Bütün növ hesabatların (torpaq,ƏDV, ÖMV, Mənfəət, DSMF və digər) hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.

Əsas tələblər:

  • Maliyyə, mühasibatlıq və ya digər aidiyyatı sahə üzrə ali təhsil;
  • PMS sertifikatı;
  • Mühasibatlıq sahəsində minimum 10 illik iş təcrübəsi; Baş Mühasib olaraq minimum 5 illik iş təcrübəsi;
  • İstehsalat sahəsində təcrübə əlavə üstünlükdür;
  • Rus dili biliyi arzuolunandır;
  • MS Office (xüsusilə MS Excel) və 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı.

Vakansiya ilə bağlı müraciət üçün CV-nizi mövzu hissəsində “Baş Mühasib” qeyd edərək e-mail ünvanına göndərməyiniz xahiş olunur.

VAKANSİYA 11

Publicis Azerbaijan

Business Development Manager

 Son tarix 12 apr 2024 

Are you a results-driven individual with a passion for forging new partnerships and driving business growth in the digital realm? We’re thrilled to announce an exciting opportunity for a Business Development Manager to join our innovative team at Publicis Azerbaijan, a leading digital creative agency. If you’re a strategic thinker with a proven track record in sales and business development, we want to hear from you!

As a seasoned Business Development Manager at Publicis Azerbaijan, you will:

Responsibilities:

  • Identify and prospect potential clients through research, networking, and outreach efforts
  • Develop and execute strategic sales plans to achieve revenue targets and drive business growth
  • Cultivate and maintain strong relationships with clients, understanding their needs and objectives
  • Collaborate with internal teams to develop tailored proposals and pitches that align with client requirements
  • Lead negotiations and contract discussions, ensuring mutually beneficial agreements
  • Stay abreast of industry trends and competitive landscape to identify new opportunities for business expansion

Requirements:

  • Proven experience in business development, sales, or a related field, preferably within the digital creative industry
  • Strong understanding of digital marketing, advertising, and branding concepts
  • Exceptional communication and negotiation skills, with the ability to articulate value propositions effectively
  • Demonstrated ability to meet and exceed sales targets in a fast-paced environment
  • Strategic mindset and the ability to identify and capitalize on market opportunities

Preferred Qualifications:

  • Bachelor’s degree in Business Administration, Marketing, or a related field
  • Experience with CRM software and sales tracking tools
  • Established network of contacts in the digital marketing or advertising industry

Why Join Us?

  • Exciting and innovative work environment where creativity thrives
  • Opportunities for professional growth and career advancement
  • Competitive compensation package with performance-based incentives
  • Collaborative team culture that values diversity and inclusion

Working with us:

  • Full-time position with a competitive compensation package
  • Schedule: Monday to Friday, 09:30 – 18:00.
  • Opportunity to work in a vibrant and creative work environment.

Ready to take your career to new heights with Publicis Azerbaijan? Join our team and play a key role in shaping the future of creative advertising! If you’re interested, please submit your portfolio and CV to e-mail, mentioning the position you’re applying for.

Learn more about us: http://www.publicis.az 

Don’t miss out on this opportunity to make your mark in the world of motion design. Apply now and become part of our innovative and dynamic team at Publicis Azerbaijan! 

fed.az