İşlənmiş qazın təmizlənməsi sistemləri (skrubberlər) ilə təchiz olunmuş konteyner gəmilərinin sayı rekord həddə çatıb və bu, dünya konteyner donanmasının 36%-ni təşkil edir.
Bu barədə “Seanews.az” “Alphaliner”-in hesabatına istinadən xəbər verir.
Yeni sistemlərlə təchiz edilmiş konteyner gəmilərinin ümumi tutumu bir il əvvəl 1,8 milyon TEU olduğu halda, bu ilin yanvar ayında 10,3 milyon TEU-ya çatıb.
Bu tonajın 2023-cü ilin sonunda əlavə edilmiş 890 min TEU-su “MSC”-nin payına düşür. Hazırda “MSC”-nin konteyner donanmasının 54%-i skrubberlərlə təchiz olunub. 2022-ci ildə bu rəqəm 46% təşkil edib.
2023-cü ildə “ONE” donanmasında skrubberləri olan gəmilərinin sayını 40-a, ümumi tutumunu isə 600 min TEU-ya çatdırıb. Yaponiya daşıyıcısının donanmasının cəmi 33%-i artıq işlənmiş qazın təmizlənməsi sistemləri ilə təchiz olunub ki, bu da 2022-ci illə müqayisədə 9% çoxdur. Bu reytinqdə “ONE” gəmiçilik şirkəti “Hapag-Lloyd”-u qabaqlayır.
“COSCO” və “Yang Ming” gəmiçilik şirkətləri keçən il skrubberlərlə təchiz olunmuş donanmalarının payını müvafiq olaraq 7% və 6% artırıblar.
İsrailə məxsus “ZIM”-in ümumi tutumu 70 min TEU olan skrubberli cəmi doqquz konteyner gəmisi var. “Bu xəttin ilk 10 ən böyük konteyner daşıyıcısı arasında olmasına baxmayaraq, skrubberlər üzrə reytinqdə cəmi 16-cı yerdədir. “ZİM”-in yeni gəmilərinin əksəriyyəti LNG ilə işləyəcək”, – nəşr yazır.