Bu gün “Suraxanı” gəmi-muzeyi “Açıq qapı günü” elan edib

132

Bu gün  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Açıq qapı günü” olacaq.

Qeyd edək ki, “Açıq qapı günü” Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi və gəmi-muzeyin ilk ziyarətçilərini qəbul etməsinin 3 illiyi ilə əlaqədar elan olunub.

“Suraxanı” gəmi-muzeyinin komandası hər kəsi bu gün ödənişsiz şəkildə muzeylə tanış olmağa dəvət edir.