Dövlət Dəniz və Liman Agentliyində dənizçilər üçün “Açıq qapı” günü keçirilib.

91

Dövlət Dəniz və Liman Agentliyində dənizçilər üçün “Açıq qapı” günü keçirilib.

Rəhbər heyətin iştirak etdiyi görüşdə son aylarda qurumun həyata keçirdiyi islahatlar barədə məlumat verilib. Bildirilib ki, tətbiq olunan yeniliklərin mərkəzində vətəndaş məmnunluğu, dövlət xidmətlərinin əlçatanlığı və şəffaflığın təmin edilməsi dayanır.

Qeyd olunub ki, yaxın vaxtlarda müvafiq sahəni tənzimləyən beynəlxalq hüquqi aktların tələbləri nəzərə alınmaqla dənizçilərin sertifikatlaşdırılması ilə bağlı prosedurların sadələşdirilməsi istiqamətində bir sıra dəyişikliklər olacaq.

Görüşdə dənizçiləri maraqlandıran suallara cavab verilib və müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.

Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günlərinin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub. Bu barədə qurumun rəsmi saytında və sosial şəbəkə hesablarında məlumat veriləcək.