10-14 dekabr 2024-cü il tarixlərində Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində ilk dəfə sadəcə qızların iştirakı ilə keçiriləcək Yosun Cup Optimist yarışına hazırlıq məşqləri sürətlə davam edir. İdmançılarımız hazırlıq çərçivəsində dənizdə intensiv məşqlərə başlayıb.
Hazırlıq proqramı zamanı idmançılarımız həm fərdi bacarıqlarını inkişaf etdirir, həm də beynəlxalq rəqabət mühitinə uyğunlaşırlar. Məşqlər isti və əlverişli hava şəraitində keçirildiyi üçün iştirakçılar strategiyalarını təkmilləşdirmək və yarış ssenarilərini təkrarlamaq üçün ideal şərait əldə ediblər.
Əlavə olaraq, məşqlər çərçivəsində digər Türkiyə yelkən klubları ilə birgə toplu hazırlıq sessiyaları da nəzərdə tutulub. Bu, gənc yelkənçilərimiz üçün komanda əməkdaşlığını gücləndirmək və yeni təcrübələr qazanmaq baxımından böyük bir fürsətdir.
Azərbaycan komandası olaraq, idmançılarımıza uğurlar arzulayır və onlarla fəxr etdiyimizi bildiririk!
Source:https://www.facebook.com/sailingaze