Banqladeşdə dərin dəniz limanı tikiləcək

10

Yaponiyanın “Penta-Ocean Construction” və “TOA Corporation” şirkətlərinin birgə müəssisəsi Banqladeşin Matarbi şəhərində yeni limanın birinci mərhələsinin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, layihə konteyner və çoxməqsədli terminalın, 16 metr dərinlikdə 760 metr uzunluğunda yanalma divarının tikintisini nəzərdə tutur.

Müqavilənin dəyərinin 490 milyon dollar olduğu bildirilir.

Liman üç il yarım ərzində tikiləcək.

Banqladeşin ÜDM-nin davamlı artımı ilə paralel olaraq, konteyner yüklərinə tələbatın da artması gözlənilir. Bununla belə, ölkədə aşırılan konteynerlərin 98%-i  Çittaqonq limanının payına düşsə də, cəmi 9,5 metr dərinliyə malikdir. Banqladeşdə ilk dərin su limanı olacaq Matarbiya tutumu 8000 TEU-ya qədər olan konteyner gəmiləri yan ala biləcək.

Yeni yükaşırma müəssisəsinin Çittaqonq limanında xroniki “tıxaclar”ı aradan qaldıracağı, qonşu ölkələrlə logistika əməliyyatlarını asanlaşdıracağı və bununla da Banqladeşdə iqtisadi artımı sürətləndirəcəyi gözlənilir.