Kiprin gəmiçilik nazirinin müavini Marina Hacımanoli və podratçı “Scandro Holding Ltd” Kipr ilə Yunanıstan arasında bərə səfərlərinin bərpa olunduğunu bildiriblər. Gəmilər Limassol və Pirey arasında sentyabrın 2-dək fəaliyyət göstərəcək.
Bu barədə “Seanews.az” “Cyprus News Butterfly”-a istinadən xəbər verir.
Son üç ildə bu xətt üzrə bərələr 22 582 min sərnişin və 7 641 avtomobil daşıyıb. Nazir müavininin ehtimalına görə, xidmət digər qonşu ölkələrlə yeni dəniz əlaqələri üçün zəmin yarada bilər.
“Scandro Holding Ltd”-nin baş direktoru Haralambos Manolis təsdiqləyib ki, 22 səfəri nəzərdə tutulan “Daleela” gəmisi ilk səfərinə 31 may – şənbə günü Limassoldan çıxacaq. Mövsümün son səfəri isə 2 sentyabrda Pireydən başlayacaq.





