Dünya əhalisi artır: Demoqrafik dəyişikliklər və dəniz logistikasına təsiri

94

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 1987-ci il iyulun 11-də Yer kürəsinin əhalisi 5 milyarda çatmışdır. Bu tarix “Beş Milyard Günü” kimi tarixə düşüb.

Denizxeber.az bildirir ki, 1990-cı ilin dekabrında BMT Baş Assambleyası 45/216 saylı qətnaməni qəbul edərək hər il 11 iyul tarixinin Ümumdünya Əhali Günü kimi qeyd olunmasını təsis edib. Bu günün məqsədi əhali məsələləri, onların ətraf mühit və dayanıqlı inkişafla əlaqəsi barədə ictimai məlumatlılığı artırmaqdır.