Bir gecədə 28 Rusiya gəmisi hədəf alındı – VİDEO

74

Ukrayna Silahlı Qüvvələrinin zərbə pilotsuz aviasiya sistemləri briqadalarının döyüşçüləri iyulun 11-nə keçən gecə Azov dənizində Rusiya Federasiyasının “kölgə donanması”na məxsus 28 gəmini vurub.

Denizxeber.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı mayor Robert “Madyar” Brovdi öz “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, 21 tanker, 5 yedək gəmisi (buksir), iki yük gəmisi və bir xüsusi üzmə qurğusu vurulub. Hərbçi əlavə edib ki, ümumilikdə 73 hədəfə effektiv zərbə qeydə alınıb.

“Madyar” statistikanı paylaşıb və bildirib ki, 6 gün ərzində, 6-11 iyul tarixlərində Ukrayna döyüşçüləri 76 gəmini vurublar.

“Neft “kölgə donanması” nəzərəçarpacaq dərəcədə azalır”, – deyə “Madyar” qeyd edib.