“Hövsanda dəniz havası: Yeni çimərlik necə görünür?” – VİDEO

450

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin çimərlik ərazilərinin bərpası və yenidən qurulması layihəsi çərçivəsində növbəti uğurlu addım atılıb. Suraxanı rayonunun Hövsan qəsəbəsində tamamilə yenidən qurulmuş, sayca 7-ci nümunəvi ictimai çimərlik sakinlərin və paytaxt qonaqlarının istifadəsinə verilib.

Denizxeber.az yaradılan şəraitlə yerindəcə tanış olmaq üçün yeni ictimai çimərlikdən xüsusi reportajı təqdim edir: