Səyahət “Salamlama” zalından başlayır

68

“Suraxanı” gəmi-muzeyində ziyarətçilərin səyahəti “Salamlama” zalından start götürür.

Denizxeber.az bildirir ki, bu zalda qonaqları gəminin kapitanı və baş köməkçisi qarşılayaraq, heyət üzvləri və onların üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verirlər. Eyni zamanda, gəmidə təhlükəsizlik texnikası üzrə əsas tələblər və normativlərlə də məhz bu zalda tanış olmaq mümkündür. Mövzuya aid maraqlı və zəngin eksponatların nümayiş olunduğu zal ziyarətçilərdə böyük maraq doğurur.

Muzeyi əyani şəkildə ziyarət edə bilməyən şəxslər üçün surakhanishipmuseum.az rəsmi internet saytında xüsusi imkan yaradılıb. Belə ki, sayta daxil olaraq “Virtual tur” bölməsi vasitəsilə zalı və oradakı eksponatları onlayn şəkildə kəşf etmək olar.

Muzeyə giriş biletlərini həm gəmi-muzeyin kassasından, həm də onlayn formatda iTicket.az platformasından əldə etmək mümkündür.