Hörmüz boğazı açıqdır, İranla və ya İransız açıq qalacaq.
Denizxeber.az bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
O bildirib ki, ABŞ İran gəmilərinin və müştərilərinin giriş-çıxışının qarşısını alan İran blokadasını bərpa edir.
“Bütün digər ölkələr boğazdan ədalətli və açıq istifadə hüququna malik olacaq. ABŞ bu andan etibarən Hörmüz boğazının qoruyucusu kimi tanınacaq, lakin dünyanın bu çox dəyişkən bölgəsinin təhlükəsizliyini təmin etmək məqsədilə lazım olan bütün xərclər üçün göndərilən bütün yüklərin 20 faizini alacaq. Proses və formalaşma dərhal başlayacaq”, – deyə o əlavə edib.





