“Damen” nümayəndə heyətinin səfəri – FOTO

96

Niderlandın “Damen Shipyards Group” şirkətinin nümayəndə heyəti Bakı Gəmiqayırma Zavoduna səfər edib.

Denizxeber.az bildirir ki, görüşdə “Damen Shipyards Group”un Baş icraçı direktoru və səhmdarı Arnout Damen və şirkətin nümayəndələri, Bakı Gəmiqayırma Zavodu tərəfindən isə İdarə Heyətinin sədri Ruslan Talıbov və onu müşayiət edən rəhbər heyət iştirak ediblər.

Görüş zamanı mövcud birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib, perspektiv layihələr, eləcə də tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.

BakıGəmiqayırmaZavodu #DamenShipyardsGroup