10 nəfər sağ-salamat ölkəmizə yola salınıb – FOTO

392

14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.

Denizxeber.az bildirir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı Ukraynadan Vətənə yola salınıb.

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Fərid Babayev və Pərviz Əsədovun müşayiəti ilə Azərbaycan vətəndaşları Gülana Lətifova, Tofiq Nəsrullayev, Səbuhi Səmədov, İsmayıl İsmayılov, Aydın Əliyev, Cavid Rəhimov, Mehman Rəhimov, İsmayıl Axundov, Qurban Əliyev və Valeh Abasov iyulun 15-də Moldova vasitəsilə 10 Azərbaycan vətəndaşını yola salıblar.

Onuda əlavə edək ki, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, heyətin digər bütün üzvləri uğurla Odessa şəhərində sahilə çıxarılıblar. Onların təhlükəsizliyi təmin edilib.

Hücum zamanı itkin düşmüş azərbaycanlı kapitan Səməd Nəsrullayevin tapılması üçün hadisə bölgəsində genişmiqyaslı axtarış-xilasetmə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Dənizçilərin İctimai Birliyi və aidiyyəti dövlət orqanları hadisənin təfərrüatlarını və kapitanın taleyini diqqətdə saxlayır. Mövzu ilə bağlı yeni məlumatlar daxil olduqca oxucularımıza çatdırılacaq.