“Lövbəri qaldırın”

57

“Suraxanı” gəmi-muzeyinə səyahət “Lövbəri qaldırın” zalında davam edir.

Denizxeber.az bildirir ki, əsas göyərtədən alt qatda yerləşən bu zalda lövbərin və zəncir mexanizminin gəmidəki rolu, eləcə də gəminin yanalma prinsipləri barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Xüsusi oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək, məşhur dəniz düyünləri ilə tanış olmaq və kəndirlərdən istifadə edərək müxtəlif düyünləri bağlamağı sınamaq mümkündür.

Biletləri muzeyin kassasından və ya iTicket.az platformasından əldə etmək mümkündür.

Muzeyimizi əyani ziyarət edə bilmirsinizsə, surakhanishipmuseum.az saytına daxil olaraq “Virtual tur” vasitəsilə zalları və eksponatları onlayn kəşf edə bilərsiniz.