Odessa sahillərində axtarılan kapitanın nəşi tapıldı

275

Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.

Denizxeber.az bildirir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq.

“Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – deyə nazirliyin məlumatında qeyd olunub.