Media ilə tərəfdaşlıq – FOTO

142

AZCON Holding 22 İyul – Milli Mətbuat Günü münasibətilə media rəhbərləri və jurnalistlərlə görüş təşkil edib.

Denizxeber.az bildirir ki, tədbirdə çıxış edən AZCON Holding-in icraçı direktoru Şahin Babayev qeyd edib ki, #nəqliyyat, #rabitə, #poçt və #rəqəmsal xidmətlər istiqamətində həyata keçirilən layihələrin cəmiyyətə düzgün və dolğun çatdırılmasında medianın rolu xüsusi əhəmiyyət daşıyır.

AZCON Holding media ilə münasibətlərdə qarşılıqlı etimad, açıq ünsiyyət və operativ informasiya mübadiləsini əsas prinsiplər hesab edir. Bu cür görüşlər media ilə əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı gözləntilərin daha yaxşı anlaşılmasına və yeni əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.