Dəniz ticarətində yeni risk

72

İran ordusu Hörmüz boğazının cənub hissəsindən keçən dəniz marşrutlarından birini minalayıb.

Denizxeber.az bildirir ki, ölkənin hərbi komandanlığı bəyanat yayaraq minalanmış cənub yolunu “məhvə aparan yol” kimi qiymətləndirib.

Bununla yanaşı, hərbi komandanlıq ABŞ-yə xəbərdarlıq edib. Bildirilib ki, Amerika ordusu İranın mülki infrastrukturuna hücum edəcəyi təqdirdə, Tehran cavab olaraq Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinin iqtisadi obyektlərinə, o cümlədən elektrik stansiyalarına və neft-qaz infrastrukturuna zərbələr endirməyə hazırdır.