Strateji su yollarında xəbərdarlıq

63

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında alternatvlərdən istifadə olunmaması barədə xəbərdarlıq bəyanatı yayıb.

Denizxeber.az bildirir ki, bəyanatda marşrutların tam nəzarətdə olduğu vurğulanıb:

“Hörmüz boğazının giriş və çıxışı məlumdur və tam nəzarətimiz altındadır. Alternativ marşrutlar təhlükəsiz deyil və ciddi risk daşıyır. Hörmüz boğazında alternativ marşrutlardan istifadənin geri dönməz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirik”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, İranın Hörmüz boğazında hər hansı gəmiyə raket, pilotsuz uçuş aparatı və ya digər silahlarla hücum edəcəyi təqdirdə, ABŞ cavab olaraq Tehran daxilində və ya ətrafında yerləşən körpüləri və enerji obyektlərini hədəf alacaq.