Qayanada sərnişin gəmisinin batması nəticəsində həyatını itirənlərin sayı 72 nəfərə yüksəlib.
Denizxeber.az bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində çox sayda insan itkin düşüb və onların axtarış-xilasetmə işləri davam etdirilir. Xilas edilən şəxslərə tibbi yardım göstərilir.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır. İlkin məlumata görə, gəmidə normadan artıq sərnişinin olması və əlverişsiz hava şəraiti faciəyə səbəb olan əsas ehtimallar arasında göstərilir.
Qayana hökuməti həlak olanların ailələrinə başsağlığı verib və hadisənin bütün təfərrüatlarının araşdırılacağını bəyan edib.





