Qlobal logistika zərbə alıb

160

Yəməndə fəaliyyət göstərən husilərin Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki neft obyektlərinə hücumundan sonra Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı kəskin şəkildə azalıb.

Denizxeber.az bildirir ki, “Kpler” gəmi monitorinqi şirkətinin göstəriciləri bazar günü Bab əl-Məndəb boğazından cəmi 11 yük gəmisinin keçdiyini ortaya qoyub. Bu, son ayların ən aşağı göstəricisi kimi qeydə alınıb. Eyni zamanda, Hörmüz boğazından tranzit daşımaların da həftəsonu aşağı səviyyədə qaldığı bildirilir.

Gəmiçilik marşrutundakı bu gərginlik husilərin Yanbu və Cizan şəhərlərində yerləşən “Saudi Aramco” şirkətinin obyektlərinə endirdiyi zərbələrdən sonra yaranıb. Yaranmış vəziyyət Yaxın Şərq, Avropa və Afrika bazarlarında fiziki neft yüklərinin qiymətinin son iki ayın ən yüksək səviyyəsinə qalxmasına səbəb olub.