Alman Hərbi Dəniz Qüvvələrinin tanınmış freqatı təkmilləşdirilir

128

Almaniyanın məşhur müdafiə sənayesi konserni “Rheinmetall” Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus 143 metr uzunluğundakı “Bayern” freqatının genişmiqyaslı modernləşdirilməsini həyata keçirəcək.

Denizxeber.az-ın şirkətin məlumatına istinadla verdiyi xəbərə görə, dəyəri bir neçə yüz milyon avro təşkil edən müqavilənin əsas məqsədi 1996-cı ildə istismara verilmiş gəminin ən azı 2035-ci ilədək döyüş hazırığını təmin etməkdir.

F123 sinfinə aid gəmidə aparılacaq yenilənmə işləri çərçivəsində idarəetmə və silah tətbiqi sistemləri modernləşdiriləcək, radar avadanlıqları yenilənəcək, mühərrik və hərəkət verici qurğular əsaslı təmir olunacaq. Layihə tamamlandıqdan sonra “Bayern” freqatının sualtı qayıqlara qarşı mübarizə imkanları və ümumi döyüş qabiliyyəti müasir standartlara tam uyğunlaşdırılacaq.