Azərbaycan Türk dünyasının inteqrasiyasında həlledici rol oynayır

81

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında sürətlə genişlənən münasibətlər yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, bütün Avrasiya məkanının yeni geosiyasi və geoiqtisadi xəritəsini formalaşdırır.

Denizxeber.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

Deputat bildirib ki, bu prosesin mərkəzində Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu dayanır. Qarabağ Zəfərindən sonra daha da intensivləşən bu əməkdaşlıq çərçivəsində Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün etibarlı siyasi tərəfdaş, strateji tranzit qovşağı, investisiya platforması və Türk dünyasının inteqrasiyasını sürətləndirən əsas aktor kimi qəbul edilir.

R.Nəbiyev vurğulayıb ki, münasibətlərin institusional müstəviyə keçməsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri xüsusi rol oynayır. Məhz 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu platformada tamhüquqlu iştirakına dair tarixi qərar qəbul edilib. Bu addım ölkəmizin regionun siyasi, iqtisadi və təhlükəsizlik gündəliyindəki rolunu möhkəmləndirib.

Deputatın sözlərinə görə, yeni geosiyasi reallıqlar fonunda Orta Dəhlizin strateji əhəmiyyətinin kəskin artması Azərbaycanı Xəzər üzərindən Mərkəzi Asiyanı Türkiyə və Avropa bazarları ilə birləşdirən əvəzsiz logistika mərkəzinə çevirib.