Dəniz limanında modernizasiya

294

Qazaxıstanın Xəzər sahilində yerləşən Kurık limanında qaldırıcı və çəkmə körpülərin yenidən qurulması və modernləşdirilməsi işləri uğurla başa çatdırılıb.

Denizxeber.az bildirir ki, yeni avadanlıqların istifadəyə verilməsi nəticəsində dəmir yolu qatarlarının və avtomobillərin paromlara yüklənməsi prosesi əhəmiyyətli dərəcədə sürətlənib. Belə ki, vaqonların paroma yerləşdirilməsi vaxtı 18 saatdan 12 saata, avtomobillərin yüklənməsi müddəti isə 10 saatdan 6 saata enib.

Bundan başqa, yenilənən infrastruktura sayəsində bir paroma yerləşdirilən vaqon sayı 40-dan 48-ə çatdırılıb.

Qeyd edək ki, Çindən gələn tranzit yükləri Azərbaycan vasitəsilə Avropaya yönəldən Kurık limanındakı bu texniki yeniliklər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların həcminin artmasına və vaxta böyük qənaət edilməsinə şərait yaradır.