Rusiyanın Krasnodar diyarında PUA (dron) hücumları nəticəsində liman infrastrukturlarına zərər dəyib və mülki şəxslər arasında itkilər qeydə alınıb.
Denizxeber.az bildirir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev öz sosial şəbəkə hesabında rəsmi məlumat paylaşıb.
Dron qalıqlarının liman ərazisində yerləşən sənaye müəssisəsinin üzərinə düşməsi nəticəsində yanğın qeydə alınıb. Həmçinin Yeysk limanındakı obyektdə baş verən yanğın əməliyyat xidmətləri tərəfindən söndürülüb. Qubernatorun bildirdiyinə görə, Yeysk rayonunun özəl sektoruna və mülki obyektlərinə dəyən dron zərbəsi nəticəsində bir ailə ağır zərər çəkib. İki uşaq həlak olub, iki böyük şəxs isə xəstəxanaya yerləşdirilib.
PUA-ların düşdüyü ərazilərdə və yaşayış sektorunda operativ xidmətlər və fövqəladə hal briqadaları tərəfindən işlər davam etdirilir.





