Bakıda beynəlxalq konfrans keçirilib – FOTO

205

Bu gün Bakıda AQEM (CICA) çərçivəsində keçirilən “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” beynəlxalq konfransında səmərəli müzakirələr və görüşlərdə iştirak etdik.

Denizxeber.az bildirir ki, tədbir çərçivəsində Asiyanın müxtəlif ölkələrindən olan liman rəhbərləri, nəqliyyat və logistika sektorunun nümayəndələri ilə Orta Dəhlizin inkişafı, limanlararası əməkdaşlığın gücləndirilməsi və multimodal daşımaların səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi apardıq.

Görüşlər zamanı Bakı Limanının ADY-yə inteqrasiyasının əməliyyat səmərəliliyinin artırılmasına və konteyner aşırma imkanlarının genişləndirilməsinə verdiyi töhfəni də qeyd etdik.

Qarşıya qoyulan hədəflərə əsasən, bu ilin sonunadək Bakı Limanının yükaşırma həcminin 200 min TEU, 2027-ci ilin sonunadək isə təxminən 300 min TEU səviyyəsinə çatdırılması nəzərdə tutulur.

Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi və Orta Dəhlizin daha səmərəli, dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat marşrutuna çevrilməsi istiqamətində əməkdaşlığımızı davam etdiririk.