Hörmüz boğazının cənub hissəsində iki tanker dəniz minalarına düşüb.
Denizxeber.az bildirir ki, bu barədə İranın İRNA agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinə istinadla məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində tankerlərdə yanğın baş verib, mühərrik otaqları zədələnib.
İran tərəfinin bildirdiyinə görə, tankerlər ümumilikdə 4,5 milyon barel neft daşıyıb.





