ADY-nin Bakı Dəniz Limanında konteyner aşırmaları üzrə rekord vurulub

40

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Dəniz Limanında cari ilin yanvar-oktyabr aylarında konteyner aşırmaları üzrə rekord göstərici qeydə alınıb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə limanda 112 min TEU-dan çox konteyner aşırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artım deməkdir.

Bundan əlavə, yanvar-oktyabr aylarında limanda aşırılmış ümumi yük həcmi 3 faiz, quru yük həcmi isə 60 faiz artıb.