Yelkən idmanı üzrə “Zəfər Kuboku” keçirilib.
Denizxeber.az bildirir ki, bu barədə “Report”a Azərbaycan Su İdmanı Federasiyasından məlumat verilib.
8 Noyabr – Zəfər Gününə həsr olunmuş turnirdə 20-dən çox idmançı 4 kateqoriya üzrə mübarizə aparıb.
İştirakçılar optimist yeniyetmələr (Junior), optimist ümumi kateqoriya, optimist qızlar və ILCA 4 sinifləri üzrə qalibləri müəyyənləşdiriblər.
Mükafatçılara diplomlar təqdim edilib.
Optimist yeniyetmələr (Junior)
- Kamilla Həsənova
- Gülnisə İsmayılova
- Leyli Məmmədli
Optimist ümumi kateqoriya
- Kamal Bəşirli
- Amin Cəlilzadə
- Nurlan Ağazadə
Optimist qızlar
- Kamilla Həsənova
- Səma Mansurzadə
- Yağmur Həsənli
ILCA 4 Mikayıl Məmmədzadə









