Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

19

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub.

Denizxeber.az ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib.

“Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,60 metrə yüksəlib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Yaxın Şərqin ən böyük duzlu göllərindən biri olan Urmiya son onilliklərdə ciddi su itkisinə məruz qalıb və quruma təhlükəsi ilə üzləşib.