ADDA-nın müəllimi texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır – FOTO

114

AYNURƏ ALLAHVERDİYEVANI texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alması münasibətilə təbrik edirik, elmi fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq.

Aynurə xanım ölkəmizin qabaqcıl maarif xadimi Təvəkkül Allahverdiyevin qızı olaraq, elm və təhsil sahəsində əldə etdiyi bu mühüm uğurla ailəsinin şərəfli ənənələrini layiqincə davam etdirir.

Arzu edirik ki, bu elmi nailiyyət onun qarşısında daha böyük uğurların qapısını açsın, gələcək fəaliyyətində yeni elmi zirvələr fəth etsin. Ona möhkəm cansağlığı, tükənməz enerji və elmi yaradıcılığında davamlı müvəffəqiyyətlər arzulayırıq.

Denizxeber.az redaksiyası olaraq Aynurə xanımı təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!