Liviya sahillərində səkkiz qayıqdan 240 miqrant xilas edilib

30

Liviyanın şərqində fəaliyyət göstərən Sahil Mühafizəsi və Liman Təhlükəsizliyi Agentliyi ölkə sahillərində səkkiz qayıqdan müxtəlif millətlərə mənsub 240 miqrantın xilas edildiyini açıqlayıb.

Denizxeber.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə Sahil Mühafizəsi və Liman Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Aralıq dənizində xilas edilən miqrantlar Banqladeş, Misir, Pakistan və Efiopiya vətəndaşlarıdır. Onlar öz ölkələrinə geri qaytarılması məqsədilə Qeyri-qanuni Miqrasiyaya qarşı Mübarizə Departamentinə təhvil veriliblər.

Qeyd edək ki, Liviya Aralıq dənizi vasitəsilə Avropaya getməyə çalışan miqrantlar üçün əsas tranzit məntəqəsi sayılır.