Hindistan üçüncü aviadaşıyıcısını inşa etmək niyyətindədir

266

Hindistan Hərbi Dəniz Qüvvələri hökumətə üçüncü aviadaşıyıcının inşasına başlamaq barədə təklif ünvanlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 40.000 ton yerli aviadaşıyıcı “Cochin” gəmiqayırma zavodunda inşa edilir və 2022-2023-cü illərdə tam istismara verilməlidir.

Ancaq Hindistan Müdafiə Nazirliyi hələ 2015-ci ildə təklif olunan 65 000 tonluq “IAC-II” gəmisi üçün belə razılıq verməyib.

Qeyd edilir ki, gəmi təqribən 450 milyon rupiyə başa gələcək.

Xatırladaq ki, Hind Okeanında dominant mövqe turmağa çalışan Hindistanın qonşusu Çin 2050-ci ilə qədər 10 belə aviadaşıyıcıya sahib olmaq niyyətindədir.

ABŞ-ın isə hazırda 80-90 qırıcını daşıya bilən, 100 min tonluq 10 aviadaşıyıcısı mövcuddur.