Türkiyənin İstanbulda yerləşən gəmiqayırma zavodu Pakistan Hərbi Dəniz Qüvvələri üçün MİLGEM sinfinə məxsus ilk korvetin inşasına başlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Pakistan Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, korvet 2018-ci ildə Türkiyə və Pakistan arasında imzalanan müqavilə çərçivəsində inşa edilir. Müqaviləyə görə Türkiyə Pakistan HDQ üçün 4 ədəd korvet inşa etməlidir. Bunlardan ikisi Türkiyədə, digər isi Pakistanda hazırlanacaq.
Pakistan HDQ üçün hazırlanacaq korvetlər gəmilərdən, sualtı və hava hücumundan müdafiə silahları, sensorlar və radioelektron mübarizə vasitələri ilə təchiz ediliəcək.
İlk gəminin 2023-cü ildə Pakistana verilməsi planlaşdırılıb. Müqaviləyə görə, korvetlərin hamısı 2025-ci ilə qədər Pakistana təhvil verilməlidir.