EBRD TAP-ın maliyyələşdirilməsi ilə bağlı görüşləri davam etdirir

777

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin birgə maliyyələşdirməsinə dair görüşləri davam etdirir.

“Report” “İnterfax Energy”yə istinadən xəbər verir ki, bu barədə məlumatı EBRD-nin təmsilçisi Kseniya Manyuşis (Ksenia Manyushis) Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa Qaz Konfransında verib.

K.Manyushisin sözlərinə görə, maliyyələşdirmə ilə bağlı proses hələ bitməyib: “İlk görüşmələr 5 il əvvəl TAP nümayəndələrinin EBRD-yə müraciət etdiyi vaxt başlayıb. Bu da onu göstərir ki, belə bir iri layihənin maliyyələşdirilməsi üçün danışıqlar uzun sürə bilər və buna görə də daha əvvəlcədən düşünmək lazımdır”.