Bakı Limanının əməkdaşları fəxri adlarla təltif olundular

434

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə bir qrup dəniz nəqliyyatı işçiləri “Əməkdar mühəndis” və digər fəxri adlarla təltif olunublar. Eyni zamanda bir sıra liman əməkdaşları Dövlət Dəniz Agentliyi tərəfindən “Donanma fəxri işçisi” adına da layiq görülüblər.

Bu gün Bakı Limanının Baş direktoru Taleh Ziyadov təltif olunan Liman əməkdaşlarına öz mükafatlarını təqdim edərək onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzu edib.

1. Əsədov Adışirin Zeynalabdin oğlu – 3-cü dərəcəli “Əmək” ordeni

2. Abbasov Şəmsəddin Mustafa oğlu – “Əməkdar mühəndis” fəxri adı

“Tərəqqi” medalı ilə təltif olunan əməkdaşlarımız:

1.Həsənova Kübra Əbdüləhəd qızı

2. Kərimov Elimdar Heydər oğlu

3. Səmədov Nazim Məhəmməd oğlu

Dövlət Dəniz Agentliyi tərəfindən “Donanma fəxri işçisi” adına da layiq görülən əməkdaşlarımız:

1. Məmmədov İltifat Məhəmməd oğlu

2. Hüseynov Şirin Əhmədiyyə oğlu