Baham adaları yaxınlığında, təxminən 30 nəfərin olduğu qayıq dənizdə çevrilib, nəticədə ən azı 15 nəfər itkin düşüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Haiti Libre” xəbər portalı məlumat yayıb.
Qayıqdakı sərnişinlərin Haiti və Yamayka vətəndaşları olduğu qeyd edilir.
Xilas edilən 12 nəfərə tibbi yardım göstərilib.
İlkin məlumatlara görə, hadisəyə səbəb qayığın həddindən artıq yüklənməsi olub.
Hazırda itkin düşənlərin axtarışı davam edir.