Ərdoğan Azərbaycana dəstək vermələri üçün dünya dövlətlərinə müraciət etdi

256

“Beynəlxalq ictimaiyyət Qarabağın ermənilər tərəfindən işğal edilməsinə təəssüf ki, səssiz qalmışdı. Qarabağda baş verənlər sadəcə işğal deyil, həm də qətliam idi”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“ATƏT-in Minsk qrupu problemi nizamlamaqdansa, onu həlsizliyə aparıb. Minsk qrupu bu problemi gözardı etdiyi üçün bu vəziyyət yaranıb. Ermənistan yenidən Azərbaycan ərazisinə hücum etdikdən sonra gözləmədiyi reaksiya ilə qarşılaşdı. Hazırda Qarabağda bir çox yerlər işğaldan azad olunub. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın yanındayıq. Azərbaycanın mübarizəsinə dəstək vermək bütün qürurlu dövlətlərin borcudur. Dünya quldur dövlətlərdən xilas edilməsə, bəşəriyyətin davamlı sülh və əmin-amanlığa qovuşması mümkün deyil. Zəfərədək azərbaycanlı qardaşlarımızın yanındayıq”, – dövlət başçısı vurğulayıb.