“BOS Şelf” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köcurub

249

“BOS Şelf” şirkəti ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşan Milli Ordumuza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 millon manat vəsait köcurub.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzla hədsiz dərəcədə qürur duyuruq. Vətənimizi qoruyan və ərazi bütövlüyü uğrunda mübarizə aparan hər bir insanla fəxr edirik.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

“BOS Şelf”in orduya çağırılan hər bir işçisinə hərbi xidmət başa çatana qədər onların mövcud aylıq əmək haqlarının iki misli məbləğində ödəniş olacaq.

Hal-hazırda “BOS Şelf”in 60-dan çox əməkdaşı orduya çağırılıb. Bu cəsarətli yolda hər bir işçimizi dəstəkləyirik və dəstəkləyəcəyik.

Silahlı Qüvvələrə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.