Ukraynanın “Pivdennı” limanında taxıl və neftin işlənməsi üçün kompleks tikiləcək

199

“Tehagro” şirkəti, Ukraynanın ”Pivdennı” limanında yeni yanalma və texnoloji kompleks inşa etməyi planlaşdırır. 2021-ci il  sentyabrın 8-də “Pivdennı” Limanı Şurasının iclasında layihənin təqdimatı olub.

“Seanews.az”-ın məlumatına görə, layihəyə görə, yeni terminalın illik planlaşdırılan yük dövriyyəsi 2,7 milyon ton taxıl, 200 min ton bitki yağı və 80 min tona qədər günəbaxan toxumu təşkil edəcək.

Ümumi sahəsi 30 hektar olan kompleksin inşasına gələn il start veriləcək. Tikinti müddəti 44 aydır. Layihənin maliyyə baxımından 6 ilə özünü doğruldacağı ehtimal olunur.

“Pivdennı” dəniz limanı, Qara dənizin şimal-qərb sahilində yerləşir. Yük körpülərinin sayı 19, ümumi uzunluğu 4,94 km-dir.  Limanın dərinliyi 18,5 metrdir və akvatoriyası Ukraynanın Qara dəniz sularının ən dərin hissəsi sayılır.