Rumıniya Ukraynaya dəniz yolu ilə ərzaq ixracına kömək edir

350

Rusiyanın hərbi əməliyyatları nəticəsində Ukrayna limanları bağlandığından, Rumıniya Qara dəniz sahilindəki Konstansa limanının infrastrukturunu Ukraynaya ixracat tədarükü üçün təqdim etməyə hazırdır.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı Rumıniyanın milli müdafiə naziri Vasile Dinku məlumat verib.

Nazir deyib:“Həm hökumətlər, həm də şirkətlər arasında danışıqlar aparılır. Biz, xüsusən də Ukraynadan Konstansa limanına və Qara dənizdəki digər limanlara daşıma mexanizmini asanlaşdırırıq. Biz bunu dəstəkləyirik və bu baş verir”.