Bakı Limanı Qara və Xəzər Dəniz Portları və Dəniz Gəmiçiliyi 2022 Sərgi və Konfransında iştirak edir

520

Bakı Limanı 5-7 aprel 2022-ci il tarixlərində Gürcüstanın Şekvetili şəhərində APM Terminals Poti şirkətinin ev sahibliyi ilə keçirilən Qara və Xəzər Dəniz Portları və Dəniz Gəmiçiliyi 2022 Sərgi və Konfransında iştirak edir

         Qara və Xəzər Dəniz Limanları və Dəniz Gəmiçiliyi 2022 Sərgi və Konfransına Qara və Xəzər dənizi regionunda olan dəhlizlər boyunca yerləşən ölkələrdən 150-dən çox yüksək vəzifəli dövlət rəsmisi, sənaye liderləri, alimlər, regionun aparıcı logistika şirkətləri, limanlar, terminal operatorları, dəmir yolları və s. qatılıblar.

         “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) da nəqliyyat, logistika və təchizat zəncirində regional və qlobal əlaqəni gücləndirmək məqsədi daşıyan bu böyük illik beynəlxalq nəqliyyat sərgi və konfransında iştirak edir. Tədbir 30 sərgi iştirakçısı üçün əlaqələr qurmaq və öz xidmətlərini tanıtmaq üçün unikal imkan yaradır.

          Bu gün, həmçinin qeyd olunan tədbir zamanı Bakı Limanı və Özbəkistan Dəmir Yolları arasında tərəfdaşlıq memorandumu imzalanıb. Memorandum Bakı Limanın əməliyyat üzrə baş direktoru Eugene Seah və Özbəkistan Dəmir Yolları şirktinin Logistikanın inkişafı və rəqəmsallaşdırma üzrə baş idarənin rəhbəri Umidulla İbrahimov arasında imzalanıb. Hər iki şirkətin rəsmisi vurğulayıb ki, imzalanmış saziş hər iki qurumun regiondakı rollarını daha da gücləndirəcək.

         Qara Dəniz Limanları və Gəmiçiliyi Qara dəniz regionunda ən böyük illik Konteyner Limanları və Terminal Əməliyyatları Sərgi və Konfransıdır. İki günlük Konfransın proqramına müvafiq olaraq 25 dünya səviyyəli nəqliyyat və logistika üzrə aparıcı şirkətlərin rəhbərləri və mütəxəssislər qlobal və regional ticarət və investisiyaları əhatə edən böyük çağırışlar haqqında çıxış edəcəklər.

portofbaku.com