“MSC”-nin istismar donanmasının ümumi tutumuna görə reytinqdə “Maersk”-i üstələməsinə baxmayaraq, təchiz olunduğu soyuducu konteyner gəmilərinin sayına görə “Maersk” hələ də lider olaraq qalır.
“Seanews.az” xəbər verir ki, “Maersk”-in 735 konteyner gəmisində ümumilikdə 504 000 soyuducu, “MSC”-nin gəmilərində isə 443 000 soyuducu var.
“Maersk”-in bu göstərici üzrə liderliyi 2017-ci ildə “Hamburg Süd”-ün ələ keçirilməsinin nəticəsidir – onun bir çox gəmiləri Latın Amerikasında soyuducu daşınmalar üçün tikilib.
“MSC”-nin hazırkı donanmasının ümumi tutumu 4,339,910 TEU, “Maersk”-in donanmasının ümumi tutumu isə 4,275,244 TEU-dur.