Avarçəkənlərimiz Dünya kubokunda iştirak edəcəklər

456

16-18 iyun tarixlərində İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə dünya kubokunun 2-ci mərhələsi keçiriləcək.

Yığma komandamız yarışda 3 idmançı ilə təmsil olunacaq. Qadınların mübarizəsində Diana Dımçenko, kişilər arasında isə Ziya Məmmədzadə və Bəhmən Nəsiri mübarizə aparacaq.

Qeyd edək ki, hər 3 idmançımız tək nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə iştirak edəcək.

Source:https://www.facebook.com/www.akaf.az