Avropa İttifaqı Rusiya Federasiyasının neft məhsullarının başqa gəmilərdən daşınmasını həyata keçirən hər hansı tankerin öz limanlarına girişinə qadağa qoyub.
“İnterfaks” xəbər verir ki, 2023-cü il iyulun 24-dən qanunu pozanların Aİ limanlarına və şlüzlərinə girişi qadağan edilib.
Qadağa kapitanların beynəlxalq müqavilələri, qaydaları və standartları pozaraq Rusiya neftinin və neft məhsullarının daşınması zamanı naviqasiya sistemini söndürmək və ya qeyri-qanuni müdaxiləyə dair güclü şübhələr olduğu halda tətbiq ediləcək.
Limanlara girişin qadağan edilməsinə istisnalar gəminin xilasetmə əməliyyatları zaman, qəza baş verdikdə, təhlükəsizlik məqsədi ilə və ya dənizdə insanların həyatını xilas etmək üçün tətbiq edilir. Həmçinin, hakimiyyət orqanları humanitar məqsədlər üçün Aİ limanlarına girişə icazə verə bilər.
“Seanews.az”