CMS-in Mükafatlandırma və Həvəsləndirmə Proqramının 2023-cü ilin dekabr ayı üçün nəticələrini sizinlə bölüşməkdən məmnunuq.
Şirkətimizdə hadisəsiz iş şəraitin təmin edilməsi hər kəsin ən vacib vəzifəsidir.
İş yerini təhlükəsiz etmək üçün verdiyiniz töhfələrə görə təşəkkür edirik!
CMS mükafatlandırma və həvəsləndirmə proqramının bir hissəsi olaraq, KSƏTƏMM şöbəsi şirkət rəhbərliyi, şöbə müdirləri, Liman kapitanları, Komplayns (Uyğunluq və Daxili nəzarət) və KSƏTƏMM komandasını cəlb etməklə seçim prosesini sadələşdirən və şəffaflığı təmin edən səsvermə sistemini tətbiq etməkdədir. Bu yanaşma ilk növbədə ofisdən əsas dəstək qrupunu, eləcə də xətti rəhbərləri qiymətləndirməyə cəlb edir və onların liderlik öhdəliyini nümayiş etdirməyə şərait yaradır. Rəqəmsal səsvermə proqramının həyata keçirilməsi və daha sonra ən yaxşı CMS Kartlarının və Hadisəni Önləmə/Qarşısını alma hallarının mükafatlandırılması hər ay həyata keçirilir. Donanmanəı əhaqə edən təşviq proqramı digər gəmilərin heyət üzvlərini də həvəsləndirir və bu da donanmada əməyin mühafizəsi və təhlükəsizliyi standartlarının yaxşılaşdırılması üçün olduqca faydalıdır.
Source:Caspian Marine Services B.V.
Exploring new horizons!