Bu ilin mart ayında Türkiyə limanları 4 min 834 gəmi qəbul edib.
Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 324, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 510 olub.
2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 13 min 718 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 372, Türkiyə bayrağı altında olan gəmilər isə 4 min 346 olub”, – deyə nazirlikdən bildirilib.