Süveyş kanalından keçən gəmilərin sayı 49% azalıb

23

2024-cü ilin yanvar-sentyabr aylarında Süveyş kanalından keçən gəmilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 49% azalıb.

“Seanews.az” xəbər verir ki, Süveyş Kanalı Administrasiyasının sədri Usamə Rabianın məlumatında belə deyilir.

Bu səbəbdən hesabat dövründə nəqliyyat arteriyasının gəlirləri 60% azalıb.

Qeyd edilir ki, 2022-ci il iyulun 1-dən 2023-cü il iyunun 30-dək kanaldan 25,9 min gəmi keçib ki, bu da ötən maliyyə ili ərzindəki (1 iyul 2023-cü il – 30 iyun 2024-cü il) göstəricidən 20,14 min gəmi az deməldir. Gəlirlər isə 9,4 milyard dollardan 7,2 milyard dollara düşüb.