Türkiyənin “Cemre” tərsanəsində diri balıqların daşınması üçün nəzərdə tutulan gəmi inşa edilib.
“Seanews.az” “Fishnews”-ə istinadən xəbər verir ki, uzunluğu 110 metr, eni 24,6 metr olan gəminin yükgötürmə qabiliyyəti 12 min tondur. 8 min kubmetrlik çənlərlə yanaşı, 4 min kubmetr su üçün əlavə çənləri var.
Sifarişçi Norveçin balıq daşınması üzrə ixtisaslaşmış “SeiStar Holding” şirkətidir.
Yeni gəmi diri balıqların çatdırılmasına artan tələbatı ödəmək üçün nəzərdə tutulmuş dünyanın ən böyük belə daşıyıcısıdır.
Gəmi Norveç dilindən tərcümədə “Uğurun səbəbi” mənasını verən “Seigrunn” adlandırılıb.