Bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri Bakı Limanında səfərdə olub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən səfər zamanı hərbi attaşelərə liman tarixi, geostrateji yerləşmə mövqeyi, texniki imkanları və gələcək inkişaf planları barədə məlumatlar verilib.
Qonaqlar həmçinin limanın terminallarını da gəzərək iş prosesi ilə tanış olublar.
Mənbə:https://www.facebook.com/BakuSeaTradePort